GDU-da kompyuter və ingilis dili kursları fəaliyyətə başlayıb.

Kurslar tələbələrin asudə vaxtının daha maraqlı və səmərəli təşkili üçün nəzərdə tutulub. Ödənişsiz olan bu kurslardan universitetin bütün tələbələri faydalana bilər. Tələbələr həftənin tək günləri kompyuter, cüt günləri isə ingilis dili kurslarında iştirak edə bilərlər.

GDU-nun TGT sədri Orxan Məmmədov bildirib ki, xarici dil bacarıqlarını inkişaf etdirmək istəyənlər isə həftə sonları təşkil olunan konversation klublara qoşula bilərlər. Kursların vaxtı isə tələbələrin dərs saatına uyğun olaraq təşkil olunub ki, tədris prosesinə maneə törətməsin.10589548-672985739452264-864836426-N