GDU-da “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçirilib.
Öncə şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə məlumat verib. Gənclərin zərərli vərdişlərdən qorunması və onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışıb.
Çıxışlarda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və onun yayılmasının qarşısının alınmasından söhbət açılıb. Gənc nəslin sağlamlığının qorunması istiqamətində fikirlər sürülüb.
Sonda narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən video-çarx nümayiş etdirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti