GDU-da ,,Psixoyardım” layihəsi çərçivəsində təlimlər keçirilib

Gəncə Dövlət Universitetində (GDU) ,,Psixoyardım” layihəsi çərçivəsində Vətən müharibəsinin iştirakçılarına dəstək xarakterli təlimlər keçirilib. Təlimləri      “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi təşkil edib.

   Təlimlərdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Vətən müharibəsi iştirakçıları üçün yaradılan imkanlardan və “Psixoyardım” layihəsinin əhəmiyyətindən danışıb.

     “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov təşkilatın fəaliyyəti, eləcə də layihənin vəzifələrindən ətraflı bəhs edib. Qeyd edib ki, layihənin məqsədi müharibə iştirakçılarına psixoloji yardım göstərməklə,  onların normal həyata adaptasiyasına nail olmaqdır.

     “Yardım edənlərə bacarıq və vərdişlərin aşılanması” adlı birinci təlimdə qazilərlə daha çox təmasda olan dövlət qurumlarının əməkdaşlarına ilkin psixoloji yardımvermə bacarıqları barədə ətraflı danışıblar.

    Layihə çərçivəsində “Özünəyardım bacarıq və vərdişlərinin aşılanması” adlı ikinci təlimdə isə müharibədə iştirak etmiş insanlara psixoloji dəstək  məqsədilə söhbətlər aparılıb.

   Qeyd edək ki, hər iki təlimin mövzusu beynəlxalq təşkilatların təlim proqramını əhatə edir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti