GDU-da Elmi Şuranın növbəti iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

   Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru Yusif Yusibov Kimya kafedrasının əməkdaşı Samirə Mehdiyevanın Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ,,Üzvi kimya” ixtisası üzrə dosent elmi adı alması münasibətilə təbrik edərək dosent attestatını ona təqdim edib.

    Sonra Elmi Şura öz işinə başlayıb. İclası giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

   Elmi şurada birinci məsələ- yaz (yay) imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun məruzəsi dinlənilib. Bildirib ki, imtahan sesiyasının 1 iyun 2023-ci il tarixində başlaması və 5 iyul 2023-cü il tarixində yekunlaşması nəzərdə tutulur. Artıq tələbələr arasında imtahanların keçirilməsi qaydası, imtahan cədvəli, suallarla bağlı maarifləndirmə işləri aparılıb.

   Gündəlikdə duran ikinci məsələ- ,,Doktorantura və dissertanturada mövcud vəziyyət. Elmi kadrların hazırlığının daha da yaxşılaşdırılması haqqında” universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadənin hesabatı dinlənilib.  

    Elmi Şurada gündəlikdə duran növbəti məsələlər- Riyazi analiz,  Qramatika və ingilis dilinin tədrisi, Azərbaycan və dünya ədəbiyyatı kafedralarının 5 illik fəaliyyətinə dair hesabatları və komissiya sədrlərinin çıxışları dinlənilib.

    Gündəlikdə duran məsələlər müzakirə olunub. Şura üzvləri bütün məruzələri qənaətbəxş hesab ediblər.

     Sonda qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması və görüləcək işlər müzakirə edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti