GDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

      Gəncə Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsində  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə universitetin İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından  ətraflı danışıb. Qeyd edib ki, xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasəti və bu fenomenal şəxsiyyətin işıqlı əməlləri dayanır.

    Prorektor Pərvin Kərimzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğunu bildirib. Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun dayandığını vurğulayıb.

    Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası və ölkəmizin hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən ətraflı bəhs ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti