GDU-da “Qlobal Ticarətdə Nəqliyyat Diplomatiyası: Türkiyə–Azərbaycan Əməkdaşlığı” mövzusunda ustad dərs təşkil olundu
2025-ci il mayın 23-də Gəncə Dövlət Universitetində “Qlobal ticarətdə nəqliyyat diplomatiyası: Türkiyə – Azərbaycan əməkdaşlığı” mövzusunda ustad dərsi təşkil olundu.
Ustad dərsi ilə çıxış edən Türkiyənin tanınmış ailimi – İzmir Dokuz Eylul Universitetinin professoru, nəqliyyat siyasəti və beynəlxalq əlaqələr üzrə ixtisaslaşmış mütəxəssis Ülviyyə Sanılı Aydın müasir dövrdə regionlararası ticarət marşrutlarının və logistika dəhlizlərinin geosiyasi və iqtisadi əhəmiyyətindən bəhs etdi. O, eyni zamanda Türkiyə və Azərbaycan arasında nəqliyyat və enerji diplomatiyası sahəsində formalaşan strateji tərəfdaşlıq modelini elmi əsaslarla təhlil etdi.
Ustad dərsində universitetin professor-müəllim heyəti və tələbələr iştirak etdilər. Təqdimatdan sonra iştirakçılarla interaktiv müzakirələr aparıldı, mövzuya dair müxtəlif suallar cavablandırıldı və praktik nümunələr əsasında fikir mübadiləsi həyata keçirildi.
Dərsin sonunda Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən professor Ülviyyə Sanılı Aydına dərin təşəkkür ifadə olundu və gələcəkdə ortaq elmi əməkdaşlıq və akademik mübadilə imkanları müzakirə edildi.
Bu kimi ustad dərsləri tələbə və akademik heyətin nəzəri biliklərini real təcrübələrlə birləşdirməklə yanaşı, universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə və elmi əməkdaşlıqların gücləndirilməsinə mühüm töhfə verir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti