GDU-da “REFRESH” layihəsinin təqdimatı keçirilib

Gəncə Dövlət Universitetinin tərəfdaş, Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) (https://unec.edu.az/) koordinator olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyi (REFRESH)” layihəsinin təqdimatı keçirilib.

   Professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə layihə barədə ətraflı məlumat verilib.

    Qeyd olunub ki, “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr verməkdir. Layihə 3 il müddəti əhatə edir və konsorsium 6 yerli, 4 Avropa universiteti və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir.

   Diqqətə çatdırılıb ki, layihə çərçivəsində universitetlərdə bərpa olunan enerjinin vəziyyəti haqqında sorğu keçirilib. Sorğunun nəticələri iştirakçılara təqdim olunub.

    Tədbirdə layihə çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti