GDU-da “StartupFest Gəncə” Proqramının təqdimatı keçirilib

Gəncə Dövlət Universitetində yerli texnoloji startapların inkişafına dəstək məqsədi ilə reallaşan “StartupFest Gəncə” proqramının təqdimatı keçirilib.

    New Space Akselerasiya Mərkəzinin rəhbəri Elçin Hüseynov çıxış edərək “StartupFest Gəncə” Proqramı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, tələbələrin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması məqsədi daşıyan proqram 8 modul və 4 həftəlik təlimdən ibarətdir. Modullar tanınmış startup sahibləri tərəfindən interaktiv şəkildə həyata keçiriləcək. Artıq ərizələrin qəbuluna başlanılıb. Proqramda uğur qazanan gənclərə mükafatlar veriləcək.

        Sonda tələbələri maraqlandıran bütün suallar cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti