GDU-nun Fiologiya fakültəsində Novruz bayramına həsr olunan tədbir keçirilib

     Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Novruz bayramına həsr olunan tədbir keçirilib.

      Universitetin prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək universitet rəhbərliyi adından Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, bayramın tarixi, ənənələri haqqında danışıb. Qeyd edib ki, bu bayram xalqın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzidir.

     Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov çıxışında  qeyd edib ki,  milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında  Novruz bayramının özünəməxsus yeri vardır.

  Tədbirin bədii hissəsində  fakültənin tələbələri Nigar Məmmədova “Səməni” şeirini, Səkinə İbrahimova “Novruz gəlir, yaz gəlir”, Əfsanə Eyyubova “Sarı gəlin ” mahnılarını səsləndiriblər.

     Fakülənin tələbələri Seyhun Rzayevin Kosa obrazının canlandırması, Tofiq Hüseynzadənin sazda ifası və Zibeydə Abdullayevanın rəqs etməsi tədbiri daha da rəngarəng və maraqlı edib. Qədim adətləri özündə əks etdirən səhnəciyin nümayişi maraqla qarşılanıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti