GDU-da təhsil alan türk tələbələrlə görüş keçirilib

                Gəncə Dövlət Universitetində təhsil alan türk tələbələrlə görüş keçirilib. Görüşdə Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov iştirak ediblər. Görüşün əsas məqsədi əcnəbi tələbələri universitetlə daha yaxından tanış etmək, təqdim edilən imkanlar barədə məlumat vermək, qarşılaşdıqları problemlərin həlli istiqamətində onlara dəstək olmaqdan ibarət olub. Prorektor GDU-da yaradılan  təhsil imkanlarından ətraflı söhbət açıb, onlara universitetin ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib.

      Görüşdə əcnəbi tələbələri maraqlandıran məsələlər və  semestr imtahanları haqqında müzakirələr aparlıb. Onların sualları cavablandırılıb.

Qeyd edək ki, 2024/2025-ci tədris ilində Gəncə Dövlət Universitetində Türkiyə Respublikasından 20-dən çox türk tələbə təhsil alır. Ümumilikdə isə ali təhsil ocağında 68 nəfər əcnəbi tələbə təhsil alır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti