Elmi-Metodiki Şuranın iclası keçirilib

               Gəncə Dövlət Universitetində Elmi-Metodik Şuranın iclası keçirilib. Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov  fakültələr üzrə fakültə metodik qrupun tərkibinin və Elmi-metodiki Şuranın 2024/2025-ci tədris ili üçün fəaliyyət planının təsdiq edilməsi ilə bağlı həyata keçirilən işlərdən danışıb. Prorektor  “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli KQ-12 tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili Qaydaları” barədə məlumat verib.

   Universitetin Tədris Departamentinin direktoru Elturan Yusifov  çıxışında bildirib ki, eyni zamanda Elmi-metodiki Şuranın fəaliyət planının, fakültələr üzrə Metodik qrupun yaradılması ilə əlaqədar Şuraya təqdim edilmiş Fakültə Elmi Şurasının iclas protokollarından çıxarışlar və Keyfiyyətin təminatı mərkəzi və Tədris departamenti tərəfindən hazırlanmış fəaliyyət planının müzakirəsi aparılmalı və təsdiq edilməlidir.      Son olaraq qeyd olunan tərkiblərin formalaşdırılması barədə qərar qəbul olunub

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti