GDU-da tədrisin təşkilinə və əmək intizamına həsr edilmiş iclas keçirilib

Gəncə Dövlət Universitetində tədrisin  keyfiyyətinin yüksəldilməsi, əmək intizamının, davamiyyət və daxili intizamın qorunmasına həsr edilmiş iclas keçirilib. 

   Prorektorların, fakültə dekanları və şöbə müdirlərinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə universitetin rekoru Yusif Yusibov açaraq ali təhsil ocağında əldə edilən uğurlardan söhbət açıb, universitetdə tələbələrin elmin sirlərinə yiyələnməsi və savadlı kadr kimi yetişməsi üçün yaradılan şəraitdən ətraflı danışıb. 

   Iclasda son zamanlar universitetdə təhsil alan tələbələrin dərslərə davamiyyətinin vəziyyəti, eləcə də texniki işçilərin və müəllim heyətinin əmək intizamı, açıq dərslərin gedişi geniş təhlil olunub.

   Rektor Yusif Yusibov universitetdə əmək intizamının, davamiyyət və daxili intizamın qorunmasına dair tapşırıqlar verib.

     İclasda ali təhsildə keyfiyyətin yüksəldilməsinə dair qarşıda duran vəzifələr müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti