GDU-da Türkiyədə təqaüdlü təhsil imkanları barədə maarifləndirici görüş
Gəncə Dövlət Universitetində Türkiyədə təqaüdlü təhsil imkanlarına dair maarifləndirici görüş keçirilib. Görüşdə Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə türkiyəli qonaqları salamlayaraq GDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri, eləcə də Türkiyənin bir neçə nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrindən söhbət açıb, qardaş Türkiyə Respublikası tərəfindən elan edilən “Türkiyə bursları” təqaüd proqramının əhəmiyyətindən danışıb.
Tələbələrlə görüşdə “Türkiyə Bursları” proqramı haqqında geniş təqdimat nümayiş olunub. Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə proqrama müraciət qaydaları və tələb olunan şərtlər barədə əlavə məlumat verlib. O da diqqətə çatdırılıb ki, proqrama sənəd qəbulu üçün son müraciət tarixi 23 fevral 2025-cü ildir.
Sonda tələbələri maraqlandıran bəzi məsələlərə aydınlıq gətirildi.