GDU-da “Ulu Öndər və milli musiqinin inkişafı” mövzusunda tədbir keçirilib

            “Heydər Əliyev İli” çərçivəsində Gəncə Dövlət Universitetində “Ulu Öndər və milli musiqinin inkişafı” mövzusunda tədbir keçirilib.

      Rektorun baş müşaviri Asif Cavadov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artması Ümumilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı hər zaman Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edəcək.

    Tədbirdə Musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva çıxış edərək Ümummilli Lider, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafı və beynəlxalq aləmdə tanınması istiqamətində gördüyü işlərdən, musiqişünasların fəaliyyətini hər zaman yüksək qiymətləndirməsindən, incəsənətimizin zirvələri fəth etməsi işində əvəzsiz xidmətlərindən söhbət açıb.  Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi mədəniyyətimizin, incəsənətimizin, milli musiqimizin inkişafına və təbliğinə xüsusi diqqət ayırmışdır. Ümummilli Lider Heydər Əliyevin qayğısı sayəsində yüksək sənət zirvələri fəth etmiş Azərbaycan milli musiqisi ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Bu gün Azərbaycanın sənət irsi dünya səhnəsində daha geniş tanınır.

    Tədbirin sonunda mövzu ətrafında tələbələrin sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti