GDU-da “Vergilər” mövzusunda olimpiadanın ilkin mərhələsi keçirilib

Gəncə Dövlət Universiteti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş  ümumrespublika olimpiadası keçirilib. 

    “Vergilər” mövzusunda keçirilən olimpiadanın ilk seçmə mərhələsində universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov ali təhsil ocağının rəhbərliyi adından tələbələrə uğurlar arzulayıb. Qeyd edib ki, olimpiadanın təşkilində məqsəd vergi sahəsində bilik səviyyəsi yüksək olan tələbələrin müəyyən etmək və gələcəkdə bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaratmaqdır.

    Tələbələrə vergi sistemi və vergi qanunvericiliyi istiqaməti üzrə 50 test sualı təqdim edilib.

    Qeyd edək ki, olimpiadanın yekun turunun iyun ayında təşkil edilməsi nəzərdə tutulur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti