GDU-da SABAH qrupları ilə bağlı görüş keçirilib

Gəncə Dövlət Universitetində SABAH qrupları ilə bağlı tələbələrlə görüş keçirilib.  

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev çıxışında görüşün əhəmiyyətindən danışıb, SABAH qrupları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. 

     Sabah icra komitəsinin üzvləri və universitetlər üzrə Sabah Mərkəzlərinin rəhbərləri aparılan tədris prosesi və Akademiyada həyata keçirilən yeniliklər barədə ətraflı danışıblar.

    Görüşdə iştirak edən Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələrinin sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti