V tədris binasında Ümummilli Liderin xatirəsi dərin ehtiramla anılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəncə Dövlət Universiteti Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Xarici dillər fakültəsinin dekanı dos. Əjdər Əsgərov və Qiyabi şöbənin dekanı dos. İlqar Kubışov və digər əməkdaşlar V tədris binasında Ulu Öndərin büstü önünə gül dəstələri düzüblər.

Ümummilli Liderin güclü Azərbaycan dövlətinin formalaşmasında, ölkəmizin elm və təhsil sahəsində uğurlarında misilsiz xidmətləri dərin rəğbətlə xatırlanıb. Ölkəmizdə müstəqillik illərində elm və təhsil sahələrində qazanılmış nailiyyətlər Ulu Öndərin dövlətçilik siyasəti, Vətənə olan sonsuz sevgisi və mütərəqqi ideyalarının nəticəsidir. Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və onun ölkəmiz üçün xidmətləri yüzilliklər boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq!