GDU Həmkarlar İttifaqı Komitəsi bayram münasibəti ilə əməkdaşlarla görüş keçirib

31dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə  Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova  əməkdaşlarla görüş keçirib.  Afaq Qasımova qarşıdan gələn  bayramlar  münasibəti ilə Universitetin rektoru Yusif Yusibovun və öz adından görüş iştirakçılarını təbrik edib, ən xoş arzularını çatdırıb.

Görüşdə  Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ  müharibəsində ordumuzun qazandığı şərəfli qələbədən, igidlərin qəhrəmanlığından, eləcə də ərazi bütövlüyümüz və suverenliyimizdən danışılıb.  44 günlük Vətən müharibəsində qazanılan qələbənin tariximizin şanlı səhifəsi olduğu diqqətə çatdırılıb. O da qeyd edilib ki, bu gün azad edilən torpaqlarımızda quqruculuq, abadlıq işləri gedir. Yurd-yuvalarından didərgin düşən soydaşlarımız ata-baba torpaqlarına qayıdırlar. Bütün bunlar isə Cənab Prezident İlham Əliyevin apardığı uğurlu və uzaq görən siyasət nəticəsində əldə olunur.

  Sonda Universitetin Həmkarlar İttifaqı Komitəsinin xətti ilə 1000 nəfər əməkdaşa bayram hədiyyəsi və teatr tamaşasına bilet təqdim edilib.