GDU Həmkarlar İttifaqı Komitəsi Novruz bayramı münasibətilə universitet əməkdaşları ilə görüşlər keçirib
Novruz bayramı ərəfəsində Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova II Qarabağ müharibəsinin iştirakçıları və qazilərlə görüş keçirib.
Komitənin sədri Afaq Qasımova Novruz bayramı münasibəti ilə Qarabağ müharibəsi qazilərlərini universitet rəhbərliyi və öz adından təbrik edib, onlara cansağlığı arzulayıb. Görüşdə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı şərəfli qələbədən, igidlərin qəhrəmanlığından söhbət açılıb.
Sonda Universitetin Həmkarlar İttifaqı Komitəsinin xətti ilə qazilərə bayram hədiyyə kartları təqdim edilib.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə universitetin rektoru Yusif Yusibov və Həmkarlar təşkilatının sədri Afaq Qasımovaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Novruz bayramı münasibətilə Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi tərəfindən universitetin 360 nəfər əməkdaşına bayram hədiyyə kartları təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti