GDU-nun əməkdaşı Almatı şəhərində medala layiq görülüb

25-26 sentyabr 2025-ci il tarixlərdə Qazaxıstanın Almatı şəhərində Tarix və Etnologiya İnstitunun 80 illiyinə həsr edilmiş “Vətən tarixinin elmi və davamlılık problemleri: Akademik tədqiqatlar, yeni görüşlər və yanaşmalar” adlı beynəlxalq konfrans keçirilib.

 Konfransda Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix  üzrə fəlsəfə doktoru, Qazaxıstan Milli Elmlər Akademiyasının Ç.Ç.Vəlixanov adına Tarix və Etnologiya İnstitunun Azərbaycan üzrə təmsilçisi Səidə İsmayılzadə də iştirak edib.

GDU-nun əməkdaşı Səidə İsmayılzadə beynəlxalq konfransda “Çokan Vəlixanovun Şərqlə Qərb arasında elmi fikirləri körpü kimi” (Chokan Valikhanov as a bridge between East and West in scientific thought) mövzusunda çıxış edib. Sonda Gəncə Dövlət Universitetinin dosenti Səidə İsmayılzadə Ç.Ç.Vəlixanov adına Tarix Etnologiya İnstitunun 80 illiyinə həsr edilmiş medal ilə təltif olunub.

Qeyd edək ki, konfransda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, Rusiya, Almaniya, Polşa, Türkiyə, Çin və  Belarusiyadan akademiklər və professorlar iştirak ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti