GDU-nun əməkdaşı II Təhsil Menecerləri Forumunda və “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda keçirilən tədbirdə iştirak edib
14 dekabr 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ev sahibliyi və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə II Təhsil Menecerləri Forumu keçirilib. Tədbirə 400-dən çox iştirakçı, təhsil rəhbərləri və mütəxəssislər qatılıb. Forumda Gəncə Dövlət Universitetini Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova təmsil edib.
Forumda innovativ idarəetmə, texnoloji və ekoloji məsuliyyətlər kimi maraqlı mövzular geniş müzakirə olunub.
17 dekabr 2024-cü ildə əməkdaşımız Bakıda təşkil edilən növbəti tədbirə qatılıb. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova Bakı Dövlət Universitetində görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransda iştirak edib. “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda keçirilən tədbirdə dosent Səba Namazova məruzə ilə çıxış edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti