GDU-NUN ƏMƏKDAŞI TƏHSİL TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI TƏLİMDƏ İŞTİRAK EDİB
14 noyabr 2025-ci il tarixdə Təhsil Tələbə Krediti Fondu tərəfindən “Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib.
Ali və orta ixtisas təhsil müəssisələrindən 150-dən çox əməkdaşın qatıldığı təlimin məqsədi Təhsil Tələbə Krediti Fonduna müraciət üçün sistemdən istifadə ilə bağlı bacarıq və səriştələrin artırılması olub.
Təlimdə Gəncə Dövlət Universitetini Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva təmsil edib.
Təhsil Tələbə Krediti Fondu İdarə heyətinin sədr müavini Rüfət Tağızadə Fondun fəaliyyəti haqqında məlumat verərək iştirakçılara uğurlar arzulayıb.
Daha sonra Tələbə Təhsil Krediti Fondunun mütəxəssisi sistem üzərindəki yeniliklər haqqında geniş məlumat verib və sualları cavablandırıb.
Sonda tədbir çərçivəsində yüksək nəaliyyətləri ilə fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





