GDU-nun əməkdaşları “Beynəlxalq Təhsil Forumu-2024”-də iştirak ediblər
12 may 2024-cü il tarixdə Təhsil Forumu Sosial Platformasının xətti ilə 1250 müəllim Beynəlxalq Təhsil Forumunda bir araya gəlmişdir.
Forumun məqsədi dünya ölkələrinin təcrübələrini öyrənmək, elmi, təhsili, kitabı, bərabərliyi, sosial birliyi və fəal vətəndaşlığı təşviq etmək, təhsilimizin inkişafına köməklik göstərməkdir.
Forumda Azərbaycan, Finlandiya, Sinqapur, Türkiyə və Çin dövlətlərinin təhsil üzrə spikerləri ölkələrindəki mövcud təhsil sahəsində yeniliklər barədə geniş məlumat vermişlər.
Gəncə Dövlət Universitetinin 5 əməkdaş ı- Təhsilin pedaqogikası kafedrasının dosenti Ziyafət Bayramova, Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova, Azərbaycan dili kafedrasının əməkdaşı Aytən Əhmədova və Təhsilin pedaqogikası kafedrasının əməkdaşı Əsməd Şərifova iştirak etmiş, sertifikat və mükafatla təltif olunmuşlar.
Bununla yanaşı Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva təhsil sahəsində aktiv fəaliyyətinə görə “Təhsil fəalı” medalına layiq görülmüşdür.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
Təbrik edirik!