GDU-nun əməkdaşları “Elektron tullantıların idarə olunması üçün Strateji yol Xəritələri” adlı seminarda iştirak ediblər
Xəzər Universitetində Ekoloji Tədqiqat Mərkəzinin (ETM) təşkilatçılığı ilə “Elektron tullantıların idarə olunması üçün Strateji yol Xəritələri” mövzusunda seminar keçirilib.
Gəncə Dövlət Universitetinin Ekologiya ve təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova və kafedranın əməkdaşı Zabitə Ələkbərova seminarda iştirak ediblər.
Seminarda elektron tullantılar, onların yaratdığı fəsadlar və idarəetmə problemləri ilə bağlı müzakirələr dinlənilib.
Sonra ETM-də aparılan bir sıra tədqiqat və araşdırmalar təqdim edilib.
Çıxış edənlər seminarın əhəmiyyətindən danışaraq vurğulayıblar ki, elektron tullantıların idarə olunması istiqamətində dövlət tərəfindən əhəmiyyətli işlər görülməkdədir.
Seminar mövzu ilə bağlı geniş müzakirlərlə davam edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti