GDU-nun buraxılış kurs tələbələri orta məktəblərdə sınaq dərslərində iştirak edirlər
2024/2025-ci tədris ilində Gəncə Dövlət Universitetinin buraxılış kurs tələbələri təhsil aldığı ixtisasa uyğun orta ümumtəhsil məktəblərində sınaq dərslərində iştirak edirlər. 06.03.2024-ci il tarixdə Riyaziyyat – informatika fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının V kurs tələbələri – Mədinə İsmayılovanın “Oxşar dördbucaqlılar, oxşar üçbucaqlar”, Ramilə Rzayevanın “Müxtəsər vurma düsturlarının tətbiqi” mövzularında Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə sınaq dərsi olub.
Təcrübəçi tələbələrin mövzu ətrafında izahları şagirdlər tərəfindən maraqla dinlənilib.
14. 03. 2025 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin İngilis müəllimliyi ixtisasının IV kurs tələbəsi Zeynəb İsazadənin Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə “Ədəb dostluq” mövzusunda sınaq dərsi olub.
Dərsdə GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı, dosent Əjdər Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dosent Elnarə Abdullayeva, baş müəllim Türkan Ağayeva və orta məktəbin ingilis dili müəllimləri iştirak ediblər.
Təcrübəçi tələbə Zeynəb İsazadənin mövzu izahı dinlənilib.
Sınaq dərslərin sonunda rəhbər müəllimlər tərəfindən təcrübəçi tələbələrə köməklik məqsədilə metodiki xarakterli məsləhətlər verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti