GDU-nun fəal tələbələri könüllülük fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunublar

“5 Dekabr – Beynəlxalq Könüllülər Günü” münasibətilə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.   

 Tədbirdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də iştirak edib.

    Çıxışlarda könüllüyün əhəmiyyəti, gənclərin inkişafında rolu, könüllülük fəaliyyətinin qazandırdığı uğurlar haqqında danışılıb.

   Tədbirdə “5 dekabr – Beynəlxalq Könüllülər Günü” münasibətilə Gəncə Dövlət Universitetinin aktiv tələbələri də könüllülük fəaliyyətinə və tədbirlərdə fəal iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif olunublar.

  Təbdir əyləncəli yarış və konsert proqramı ilə davam edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti