Tələbələrimiz “Tovuz -2022” Region Gənclərinin Forumunda iştirak ediblər

Tovuz şəhərində Region Gənclərinin Forumu keçirilib. “Tovuz -2022” Forumunda Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də iştirak edib.

Tədbirdə gənclərə göstərilən diqqət və qayğıdan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb. Çıxışlarda qeyd edilib ki, qarşıda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı.

Forumda çıxış edən Vətən müharibəsi qaziləri – Ramiz Mehdiyev, Ayar Abbasov və Hərbi Qənimətlər Parkının meneceri Orucəli Abbaszadə 44 günlük Vətən müharibəsindən və keçdikləri şərəfli döyüş yollarından ətraflı danışıblar.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Bildirək ki, tədbir çərçivəsində universitetin tələbələri rayon ərazisində yerləşən Dövlət Rəmzləri Muzeyi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə ekskursiya ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti