Gəncə Dövlət Universitetində “Agrotech və Energy Ideathon” baş tutub

2, 3 dekabr tarixlərində “SUP.VC” şirkətinin və “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin” (Innovation and Digital Development Agency) təşəbbüsü ilə Gəncə Dövlət Universitetində “Agrotech və Energy Ideathon” baş tutub! 30-a yaxın iştirakçının olduğu ideaton aqrar sektorda innovativ texnologiyalara yer verilməsi, eləcə də bərpaolunan enerji resurslarından istifadənin genişləndirilməsi, rəqəmsal enerji texnologiyalarının tətbiqi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində keçirilib. İştirakçılar bu sahələr üzrə müxtəlif problemlərin həllinə dair innovativ ideyalar təqdim etmək üçün komanda şəklində işləyiblər. İdeatonun sonunda 1-ci, 2-ci və 3-cü yerləri müvafiq olaraq ən yaxşı ideyanı təqdim edən TreatS (GDU), Alfa (ATU), Elite (GDU) komandaları tutublar.