“3 dekabr- Beynəlxalq Əlillər Günü” münasibəti ilə Gəncə Dövlət Universitetində tədbir keçirilib

“3 dekabr-Beynəlxalq Əlillər Günü” münasibətilə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, “Fərəh” Sosial İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində tədbir keçirilib.

Öncə şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, universitetin İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov, yazıçı  Rövşən Abdullaoğlu və “Fərəh” Sosial İB-nin  rəhbəri İlqar Hümbətov çıxış edərək əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar. Qeyd edilib ki, əlil vətəndaşlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür.

  Tədbirdə fiziki imkanları məhdud olan şəxslərin ifasında şeirlər səsləndirilib, səhnəciklər nümayiş olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti