Tələbələrin liderlik və diplomatiya sahəsində bacarıqlarının inkişaf etdirilməsinə dair tədbir keçirilib

Gəncə Dövlət Universitetində “Liderlik və diplomatiya” adlı tədbir keçirilib. Tələbələrin liderlik və diplomatiya bacarıqlarının inkişaf etdirilməsinə həsr olunmuş tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zeki Öztürk də iştirak edib.

  Şəhid Hacı Rauf adına Təhsil və Gənclik Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdən öncə şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   

  Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zeki Öztürk çıxış edərək Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərindən danışıb. Daha sonra tələbələrdə iderlik qabiliyyətini formalaşdırmaq, təşkilatlanma və idarəetmə qabiliyyəti, liderliyin müasir konsepsiyası və digər məsələlər barədə maarifləndirici söhbət aparıb.   Qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd gənclərin inkişafına töhfə verməkdir. 

  Universitetin Hümanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək gəncləri dövlətimizin onlar üçün yaratdığı şəraitdən faydalanmağa və fəal olmağa səsləyib. 

  Sonda liderlik və diplomatiya bacarıqları ilə bağlı tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti