GDU-nun komandası “2023 Enactus Azərbaycan” milli yarışının yarımfinal mərhələsinin qalibi olub

    Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “2023 Enactus Azərbaycan” milli yarışının yarımfinal mərhələsi başa çatıb.

      Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, “Enactus Azərbaycan” və BP Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarışın yarımfinal mərhələsində komandalar müxtəlif layihələr təqdim ediblər.

     Finala vəsiqə qazanan ali təhsil ocaqlarından biri də Gəncə Dövlət Universitetinin komandası olub.

    Qeyd edək ki, ,,Enactus” gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti