Tələbə adını qazanmış abituriyentlərin qeydiyyatına start verildi

5 sentyabrdan etibarən 2023/2024-cü tədris ili üzrə  ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatına start verilir.

    Tələbə adını qazanmış abituriyentlər portal.edu.az saytında qeydiyyatdan keçməli və lazım olan sənədləri portala yükləməlidir. Portalda qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və qəbul əmri verilməyəcək.

   Gəncə Dövlət Universitetinin (GDU) bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin sənədlərinin portala yükləməsinə köməklik məqsədilə universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb. GDU-nun Tələbə Evində tələbələrimizin qeydiyyatdan keçməsi üçün xüsusi işçi qrupu yaradılıb.

 Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov ali məktəbin Tələbə Evində olub, tələbə adını qazanmış abituriyentlərin online qeydiyyat prosesinin gedişatı ilə yaxından maraqlanıb.

    Qeyd edək ki, 2023/2024-cü tədris ilində universitet üzrə bakalavriat səviyyəsinə I turda 1755 nəfər qəbul olub, bu da GDU üzrə qəbul planının 94, 4 faizini təşkil edir.

     Qeydiyyat prosesinin sentyabrın 14-də yekunlaşması gözlənilir. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti