GDU-nun komandası intellektual yarışda Kubok qazanıb

Gəncə Gənclər Evi və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə ,,Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş turnirdə 17 komanda iştirak edib.

    Bilik yarışının nəticəsi olaraq GDU-nun ,,Depapitos” komandası 1-ci yer, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ,,TaxTeam” komandası 2-ci yer, ADAU-nun ,,Cahillər” komandası isə 3-cü yeri tutub.  

    GDU-nun qalib komandasına kubok və diplomlar təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti