Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusudur

    Gəncə Dövlət Universitetində “Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcısı və qurucusudur” mövzusunda elmi-praktiki konfrans keçirilib.

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi zəngin, şərəfli yol və partiyanın uğurlarından ətraflı danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi, siyasi əsasları mövcuddur.

    GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova və Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov mövzu ətrafında çıxış ediblər. Bildirilib ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyadan və zamanın təxirəsalınmaz tələbindən irəli gələn, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımız Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. 

   Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti