GDU-nun müəllim və tələbələri “Gəncə Uşaq Evi”ndə olmuşlar

Gəncə Dövlət Universitetinin baş müəllimi Zəhra Əliyeva öz tələbələri ilə birlikdə təşəbbüs göstərərək rəhbərliyin dəstəyi ilə 19 mart 2022-ci il tarixdə “Gəncə Uşaq Evi”ndə olmuşlar. Məqsəd Novruz bayramı münasibətilə Uşaq evinin kiçik sakinlərini təbrik etmək, onlarla birlikdə bayram şənliyi keçirmək olmuşdur. Onlar özləri ilə birlikdə Novruz bayramının atributlarından olan Kosa və Keçəli də bu şənliyə dəvət etmişlər. Müəllim və tələbələri özləri ilə bayram sovqatı aparmış və uşaqları sevindirmək üçün gözəl bayram süfrəsi açmışlar. Zəhra Əliyeva uşaqların qarşısında çıxış edərək onları Novruz bayramı münasibətilə təbrik etmiş, fidan balalara xoşbəxtlik arzulamışdır. Kosa və Keçəlin iştirakı bayram şənliyini daha da gözəlləşdirmiş, uşaqlar rəqs etmiş, sonda isə üzərində atəşfəşanlıq düzənlənmiş bayram tortu kəsilmişdir.
Qeyd etmək istəyirik ki, bu müəllim tələbələri ilə, həmçinin bir neçə şəhid və qazi ailələrini ziyarət etmiş, onlara mənəvi dəstək olmuşlar.
Sonda əməkdaşlarımızı və tələbələrimizi bu nəcib təşəbbüslərə qoşulmağa çağırırıq.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.