GDU-nun tələbələri Göygölün tarixi məkanlarına ekskursiya ediblər
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Xarici dillər fakültəsinin bir qrup tələbəsi Göygöl Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edib.
Muzey bələdçisi tərəfindən tarixi məkanda nümayiş etdirilən eksponatlara dair məlumat verilib və vaxtı ilə Göygöldə yaşayan almanların həyat tərzini əks etdirən xüsusi guşə barəsində söhbət açılıb. Bildirilib ki, muzeydə əsasən qədim kurqanlarda qazıntılar zamanı əldə olunan saxsı qablar və məişət əşyaları qorunur.
Ekskursiya çərçivəsində tələbələr XIX əsrdə alman sakinləri tərəfindən inşa edilmiş “yeraltı şəhər”i xatırladan zirzəmi ilə də yaxından tanış olublar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti