GDU-nun TƏLƏBƏLƏRİ NİZAMİ GƏNCƏVİ MƏQBƏRƏSİNİ ZİYARƏT EDİBLƏR

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) və Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Riyaziyyat və İnformatika fakültəsinin tələbələri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər.

 Tələbələr Nizami Gəncəvi muzeyində dünya şöhrətli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış olublar. Muzey bələdçiləri şairin ədəbi irsi, burada sərgilənən kitablar və monoqrafiyalar haqqında ətraflı məlumat veriblər.

  Nizami Gəncəvinin əsərlərinə dair əlyazmalar və miniatürlər ilə tanışlıq gənclərin xüsusi marağına səbəb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti