GDU-nun tələbələri orta məktəbdə praktik məşğələdə iştirak ediblər
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Təhsilin pedaqogikası və metodikası kafedrasının İbtidai sinif müəllimliyi ixtisasının 4-cü kurs tələbələri Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə praktik məşğələdə iştirak ediblər. Məşğələ kafedranın müdiri dosent Allahverdi Quliyevin rəhbərliyi ilə keçirilib.
GDU-nun İbtidai sinif müəllimliyi ixtisasının 4-cü kurs tələbələri orta məktəbin STEAM tədris otağında yaradılmış şəraitlə tanış olublar.
Daha sonra “Təhsil sistemləri və layihələrin idarə olunması” fənninin tədrisində “STEM layihəsi”, “STEAM məktəblərinin əhəmiyyəti” adlı mühazirə və seminar mövzularına uyğun olaraq orta məktəbin STEAM laboratoriyasının müəllimi Səmidə Hüseynova tərəfindən geniş məlumat verilib.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





