Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsində 8 Noyabr- Zəfər Gününə hərs edilmiş tədbir keçiriblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün döyüş əməliyyatları yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü. Şanlı Zəfər qazanıldı və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış edərək qeyd edib ki, biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən Müharibəsində çin oldu və böyük Qələbənin sevincini yaşadıq.
Tədbirin bədii hissəsində tələbələrin ifasında mahnıları səsləndirilib, həmçinin müxtəlif rəqslər nümayiş etdirilib.








