GDU-nun tələbələri “Vergilər” mövzusunda Ümumrespublika olimpiadasında iştirak ediblər
Gəncə Dövlət Universitetinin tələbələri Ümumrespublika olimpiadasında iştirak ediblər. “Vergilər” mövzusunda təşkil olunmuş olimpiadada GDU-dan 18 nəfər tələbə iştirak edib, onlardan 8 nəfəri 50-dən yuxarı bal toplayıb.
Qeyd edək ki, olimpiadanın şərtlərinə əsasən hər bir ali təhsil müəssisəsi tərəfindən 50-dən yuxarı bal toplamış 5 nəfər tələbə yekun turda iştirak hüququ qazanır.
Olimpiadanın yekun turunun 2025-ci ilin iyun ayında Şamaxıda keçirilməsi nəzərdə tutulub.