GDU-nun tələbəsi qadın boksçular arasında keçirilən Azərbaycan çempionatının qalibi oldu

Qadın boksçular arasında keçirilən Azərbaycan çempionatı başa çatıb. Gəncə Dövlət Universitetinin tələbəsi, GDU İdman Klubunun yetirməsi Fatimə Mehdiyeva qadın boksçular arasında keçirilən yarışın qalibi olub.  İlk raundda Leyli Bayramovaya tam üstünlüklə qalib gələn tələbəmiz Fatimə Mehdiyeva 65 kiloqram çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.

Qeyd edək ki, Fatimə Mehdiyevanın məşqçisi GDU-nun İdman Klubunun əməkdaşı Orxan Əliyevdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti