GDU-nun Tələbə Gənclər Təşkilatı “İlin Tələbə Gənclər Təşkilatı” mükafatına layiq görülüb

    Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə  Bakı Gənclər Mərkəzində “Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu” keçirilib.

   Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT) 2023-cü ildə respublika ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələri arasında fərqləndiyinə və tələbə-gənclərin inkişafı istiqamətində xüsusi xidmətlərinə görə “İlin Tələbə Gənclər Təşkilatı” mükafatına layiq görülüb.

     Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetin Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşovla görüş keçirib, gəncləri təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti