GDU-nun tələbələri Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər

    Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Pedaqoji fakültənin bir qrup fəal tələbəsi  Gəncədə yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət edib.  Tələblərə  muzey haqqında geniş məlumat verilib.

   Bildirilib ki, muzeyin eksponatları Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünü əhatə edir. Azərbaycanın ilk dövlət xəritəsi və istiqlal bəyannaməsi də bu muzeydə qorunub saxlanılır.

   Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət tələbələrdə xoş təəssürat yaradıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti