Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar GDU-da tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Gəncə Dövlət Universitetində  tədbir keçirilib.

   Tədbiri giriş sözü ilə açan rektorun baş müşaviri Asif Cavadov qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bununla bağlı universitetdə tədbirlər planı təsdiq edilib.

    Sonra rektorun baş müşaviri  Ulu Öndər Heydər Əliyevin  parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

   Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Azərbaycan Respublikasının rəhbəri 1969-1982-ci illərdə” məruzəsi ilə çıxış edib. Qeyd edib ki, Azərbaycana rəhbərliyinin birinci dövründə böyük tarixi şəxsiyyət Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin başçılığı ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi və milli hərbçi kadrların hazırlanması olmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti