GDU-nun tələbələri intelektual oyunda iştirak etmişlər

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Tələbələrin İntelekt Liqası” çərçivəsində yarış keçirilmişdir. “Nə? Harada? Nə zaman?” oyunu üzrə keçirilən intelektual yarışda Gəncə Dövlət Universiteti üzrə  12 komanda iştirak etmiş, ilk 3 yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti