Tələbələrimiz “Sağlam Həyatla Sağlam Gəncliyə” mövzusunda təlimdə iştirak etmişlər

    “Gənc velosipedçilər” İctimai Birliyi tərəfindən Gəncə Dövlət Universitetinin tələbələri üçün “Sağlam Həyatla Sağlam Gəncliyə” mövzusunda təlim keçirilmişdir. Təlimdə rektorun baş müşaviri Asif Cavadov, “Gənc velosipedçilər” İB-nin sədri Nur Axundova, Gəncə şəhər Gənclər  İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və təlimçi Nurlan Qədirli iştirak etmişlər.

   Tədbiri giriş sözü ilə açan rektorun baş müşaviri Asif Cavadov qeyd etmişdir ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələri inkişaf etməkdədir.

   Təlim-seminarda “Sağlam Həyatla Sağlam Gəncliyə” layihəsi haqqında ərtaflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları arasında velosiped idmanına marağı artırmaq, bu idman növündən düzgün istifadə qaydalarını iştirakçıların diqqətinə çatdırmaqdır. Layihə regionlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin velosiped bölmələrinin işinin fəallaşmasına və təkmilləşməsinə də öz töhfəsini verəcəkdir.

   Seminarda iştirakçılara velosiped üzərində nəzəri və praktiki təlimlər keçirilmiş, fərqlənən iştirakçılar sertifikatla təltif edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti