GDU-nun futzal komandası qərb bölgəsi üzrə ali məktəblər arasında 1-ci yerə çıxıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə ali məktəbləri arasında futzal turniri keçirilib. Turnirdə universitetimizin futzalçıları Migəçevir Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetinin futzal komandalarına qalib gələrək qərb bölgəsi üzrə ali məktəblər arasında fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. GDU-nun futzal komandası yaxın günlərdə Bakı şəhərində Respublika  çempionatı uğrunda keçiriləcək yarışa qatılacaq.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti