GDU-da “Beynəlxalq Tələbə Günü” qeyd edilmişdir

  “Beynəlxalq Tələbə Günü” münasibətilə Gəncə Dövlət Universitetinin Tələbə Yataqxana Kompleksində tədbir keçirilmişdir.

   Tədbir çərçivəsində istedadlı tələbələrin əl işləri nümayiş olunmuş, müxtəlif kitablar sərgilənmişdir.

  Tədbirdə çıxış edən universitetin Humanitar məsələr üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Beynəlxalq Tələbə Gününün əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, dünyanın əksər ölkələrində noyabrın 17-i Beynəlxalq Tələbə Günü kimi qeyd edilir.

  Prorektor Gülsüm Fətəliyeva  universitetdə  tələbələrin hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən də danışmışdır. Qeyd etmişdir ki, bu gün Gəncə Dövlət Universiteti göstəricilərinə görə respublikanın aparıcı universitetlərindən birinə çevrilmişdir.

  Tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək  vurğulamışdır ki, hər bir tələbə universitet rəhbərliyinin diqqət mərkəzindədir. Müasir standartlara cavab verən Tələbə Yataxqana Kompleksi artıq tələbələrin sevimli evinə çevrilmişdir.

  Tədbir musiqi proqramı ilə davam etmişdir.

 Qeyd edək ki, “Beynəlxalq Tələbə günü” münasibətilə tələbələr universitet yataqxanasının tələbə kafesində güzəştli qiymətlə nahar etmək imkanı əldə etmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti