GDU-nun tələbələri ll Türk Dövlətləri Universiadasında uğur qazanıblar

Gəncə Dövlət Universitetinin 2 tələbəsi Qazaxıstanda təşkil edilən II Türk Dövlətləri Universiadasında sərbəst güləş üzrə yüksək nəaliyyət əldə edib. Belə ki, idman yarışında Pedaqoji fakültənin Məşqçilik ixtisasının tələbəsi Camal Abbasov I yeri, Fiziki Tərbiyə və Çağırışaqədərki Hazırlıq ixtisasının tələbəsi Vasif Bağırov III yeri qazanıb.  Ölkəmizi uğurla təmsil etmiş hər iki tələbəmizə medal, kubok və diplomlar təqdim olunub.

    Qeyd edək ki, Camal Abbasov  və Vasif Bağırov bundan əvvəl də bir sıra beynəlxalq yarışlarda uğur qazanaraq Dünya və Avropa çempionu olublar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti