GDU-nun tələbələri Nuru Paşanın ev-muzeyini ziyarət edib

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Filologiya fakültəsinin fəal tələbələri Gəncədə yerləşən Nuru Paşanın ev-muzeyini ziyarət edib.

   Tələbələr eksponatlarla tanış olub. Gənclərə muzey haqqında ətraflı məlumat verilib. Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.

   Ekskursiya çərçivəsində tələbələr Azərbaycanın müstəqilliyi naminə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə inşa edilən abidəni də ziyarət edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti